Yüksək Liqa: “Xarı Bülbül” MOİK-ə qalib gəldi

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, “Murov”un idman zalında baş tutan görüşdə MOİK və “Xarı Bülbül” (Şuşa) komandaları üz-üzə gəliblər.

Oyun Şuşa təmsilçisinin qələbəsi ilə başa çatıb. Gərgin keçən ilk hissədə 27:25 hesabı ilə MOİK komandası qalib gəlsə də, sonraki üç hissə “Xarı Bülbül”ün üstünlüyü ilə yekunlaşıb. Beləliklə, bu qələbədən sonra xallarının sayını 6-ya çatdıran Şuşa təmsilçisi turnir cədvəlində ikinci pilləyə yüksəlib.

Qeyd edək ki, turnir cədvəlinə 8 xalla “Azərreyl” başçılıq edir. “Xarı Bülbül” (Şuşa) 6 xalla ikinci, “Murov” 5 xalla üçüncü, hərəyə 4 xal toplamış “Neftçi” və “Xarı Bülbül” (Laçın) klubları dördüncü və beşinci yerləri bölüşürlər. Sonuncu pillədə olan MOİK-in isə xalı yoxdur.

Yüksək Liqa
4 dekabr

MOİK – “Xarı Bülbül” (Şuşa) 1:3 (27:25, 22:25, 22:25, 17:25)

Xəbəri sosial şəbəkələrdə paylaş: