Kişi voleybolçular arasında keçirilən Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, növbəti turun qarşılaşmaları sabah – dekabrın 15-də baş tutacaq.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində ilk olaraq “Xarı Bülbül” (Şuşa) və MOİK komandaları üz-üzə gələcəklər. Bu oyuna saat 14:00-da start veriləcək. Ardınca saat 16:00-da “Xarı Bülbül” (Laçın) və “Azərreyl” kollektivləri qarşılaşacaqlar. Günün son matçı isə saat 18:00-da “Murov” və “Neftçi” komandaları arasında olacaq.
Yüksək Liqa
15 dekabr
14:00. “Xarı Bülbül” (Şuşa) – MOİK
16:00. “Xarı Bülbül” (Laçın) – “Azərreyl”
18:00. “Murov” – “Neftçi”


