Yüksək Liqa: “Xarı Bülbül” növbəti qələbə ilə liderliyini qorudu

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, günün ilk qarşılaşması “Xarı Bülbül” (Şuşa) və MOİK komandaları arasında olub.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan görüş Şuşa təmsilçisinin üstünlüyü ilə keçib. Ziya Rəcəbovun yetirmələri bu matçda 3:0 hesabı ilə qələbə qazanıblar.

Ardınca meydançaya “Xarı Bülbül” (Laçın) və “Azərreyl” komandaları çıxıblar. Bu qarşılaşmada qalib dörd setdə müəyyən olunub. Gərgin mübarizənin yekununda “Azərreyl” 3:1 hesabı ilə qalib gəlib.

Günün son matçında isə “Murov” və “Neftçi” komandaları üz-üzə gəliblər. Bu görüşdə də 3:1 hesabı qeydə alınıb. Matçın qalibi “Murov” komandası olub.

Beləliklə, hazırda “Xarı Bülbül” (Şuşa) 16 xalla turnir cədvəlinə liderlik edir. 14 xalı olan “Azərreyl” 2-ci, 13 xala malik “Murov” 3-cüdür. “Neftçi” və “Xarı Bülbül” (Laçın) 4 xalla 4-cü, 5-ci yerləri bölüşürlər. Xalı olmayan MOİK isə 6-cı yerdədir.

Yüksək Liqa
15 dekabr

“Xarı Bülbül” (Şuşa) – MOİK 3:0 (25:18, 25:22, 25:15)
“Xarı Bülbül” (Laçın) – “Azərreyl” 1:3 (23:25, 20:25, 25:21, 22:25)
“Murov” – “Neftçi” 3:1 (25:19, 25:20, 17:25, 25:22)

Xəbəri sosial şəbəkələrdə paylaş: