Bu gün kişi voleybolçuların Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 2-ci turunun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, günün yeganə oyununda “Neftçi” və “Murov” komandaları üz-üzə gəliblər.
Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunmuş qarşılaşma gərgin alınıb. Yekunda 3:2 hesabı ilə qalib gələn “Murov” cari mövsümdə ikinci qələbəsini qazanıb.
Xatırladaq ki, bu turun ilk oyununda “Ordu” “Xilasedici”yə 0:3 hesabıyla uduzmuşdu.
2-ci turun “Azərreyl” – “Gənclər” qarşılaşması Azərbaycan Voleybol Federasiyasına ünvanlanmış müvafiq müraciətlərə əsasən təxirə salınıb. Bu oyunun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.
Yüksək Liqa
2-ci tur
24 oktyabr
“Neftçi” – “Murov” 2:3 (25:22, 17:25, 25:17, 18:25, 11:15)
Fövqəladə Hallar Nazirliyinin idman zalı.



