Yulian Nagelsman “Bayern”ə qayıdır? – Özü açıqladı

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman “Bayern”in sükanı arxasına qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibətini açıqlayıb.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Əlimdə yazılı təklif yoxdur, danışıqlar olmayıb. Mən hələ peşəkar olaraq bundan sonra nə olacağını düşündüyüm mərhələdəyəm. Düşünürəm ki, hər şeyi nəzərə almaq, hər şeyi müzakirə etmək olduqca adidir. Sonra nə vaxtsa qərar verəcəyəm, amma indi dəqiq tarix deyə bilmərəm. Düşünürəm ki, nə vaxtsa hansısa seçimlər ola bilər, amma hazırda imzalaya biləcəyim təkliflər almamışam. Mən hələ də bundan sonra nə olacağını düşünmək mərhələsindəyəm”, deyə Nagelsman vurğulayıb.

Xatırladaq ki, Yulian Nagelsman “Bayern”i 2021-2023-cü illərdə çalışdırıb. O,Almaniya yığmasının sükanı arxasına 2023-cü ilin sentyabrında gətirilib. Alman mütəxəssisin bundestimlə cari müqaviləsi Almaniyanın ev sahibliyi edəcəyi qarşıdakı Avropa çempionatının sonuna qədər qüvvədədir (31 iyul).

Xəbəri sosial şəbəkələrdə paylaş: