Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən AÇ-2024-ün seçmə mərhələ oyununa təyinat alıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən məlumat verir.
Belə ki, AÇ-2024-üç seçmə mərhələsi çərçivəsində baş tutacaq Belarus – Andorra oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.
Xatırladaq ki, bu komandalar arasındakı oyun noyabrın 18-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.


