Zidan “Mançester Yunayted”dən imtinasının səbəbini açıqladı

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan “Mançester Yunayted”də mümkün iş barədə sualı cavablayıb və buna hazır olmadığını etiraf edib.

Arena.az xatırladır ki, bundan əvvəl mətbuat, fransalı mütəxəssisi “qırmızı şeytanlar”ın sükanı arxasında niderlandlı mütəxəssis Erik ten Haqın mümkün əvəzedicilərindən biri kimi təqdim edirdi.

“Mançester Yunayted”i çalışdırmaq istərdimmi? Mən ingilis dilini başa düşürəm, amma bu dildə tam sərbəst danışa bilmirəm. Bilirəm ki, milli dili bilmədən klublara gələn məşqçilər var. Amma mən fərqli əsaslarla işləyirəm. Qələbələr çoxlu lütflərə və çox dünyəvi məzmuna malikdirlər. Ona görə də qalib gəlmək üçün nəyə ehtiyacım olduğunu bilirəm”, deyə Zidan mövqeyini əsaslandırıb.

Xatırladaq ki, fransalı mütəxssis 2021-ci ilin yayında “Real”ı tərk edəndən bəri, işsizdir.

Daha əvvəl Zidanın Fransa yığmasında çalışmaqda maraqlı olduğu bildirilirdi.

“Real” Zinədin Zidanın peşəkar məşqçilik karyerasında ilk komanda olub və fransalı mütəxəssis “Real”la tarixi uğurlara imza atıb. Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real”ın baş məşqçisi çalışıb. Buna qədər fransalı mütəxəssisin məşqçilik işində heç bir komanda ilə təcrübəsi olmayıb. Zinədin yalnız Madrid təmsilçisinin alt komandaları sistemində qısa müddət çalışıb. Zidanın məşqçilik debütü çox uğurlu olub.

Fransalı mütəxəssis “Real”da ilk mövsümündəcə (2015/2016) UEFA Çempionar Liqasının qalibi olub. Ardınca Zidan bu uğurunu daha iki dəfə təkrarlamağı bacarıb (2016/2017, 2017/2018). Beləliklə, Zidan Çempionlar Liqasının tarixində rekorda imza atıb. Zidana qədər heç kimə ardıcıl nəinki üç, hətta iki dəfə eyni komanda ilə Çempionlar Liqasını qazanmaq müyəssər olmayıb. Zidan “Real”la həmçinin hər biri ikiqat olmaqla İspaniya La Liqasını (2016/2017, 2019/2020), İspaniya Super Kubokunu (2017, 2019/2020), UEFA Super Kubokunu (2016, 2017) və FIFA Klub Dünya Kubokunu (2016, 2017) qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: