“Zirə” Coşqun Diniyevi transfer etdi

“Zirə” yeni futbolçu ilə anlaşıb. Arena.az xəbər verir ki, paytaxt klubu Coşqun Diniyevi heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, yarımmüdafiəçi daha əvvəl “İnter” (“Keşlə”) “Qarabağ” və “Sabah”da çıxış edib. Azərbaycan millisinin üzvü olan Diniyev yığmada 8 oyunda forma geyinib.

“Zirə” bu yay Təmkin Xəlilzadə, Mehdi Cənnətov, Ruslan Abışov, Anar Nəzirov, Rauf Hüseynli, Ramin Əhmədov, Rüstəm Nuriyev və Samir Qurbanov kimi yerli futbolçuları da heyətinə qatmışdı. Sözügedən klub Məhəmməd Hamdaui, Velves Damatsena, Georgi Stoilov və Loris Broqnonu da transfer edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: