Azərbaycanı Konfrans Liqasında təmsil edən “Zirə” bu gün Slovakiyanın “Dunayska Streda” komandası ilə ilk matçına çıxıb.
Arena.az xəbər verir ki, turnirin 2-ci təsnifat mərhələsi çərçivəsində üz-üzə gələn Azərbaycan və Slovakiya təmsilçilərinin ilk görüşü Bakıda baş tutub.
Rəşad Sadıqovun yetirmələri ev oyununda qələbə qazanmaqla cavab matçı öncəsi işini asanlaşdırmaq arzusundaydı. Azərbaycan təmsilçisi buna darmadağınla nail olub. Davit Volkovun dubla imza atdığı görüşdə zirəlilərin digər qollarını Rafael Utziqlə Martins Junior vurublar.
Qeyd edək ki, komandalar arasındakı cavab görüşü avqustun 1-də Slovakiyada baş tutacaq.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
25 iyul
“Zirə” – “Dunayska Streda” 4:0
Qollar: Rafael Utziq, 29. Martins Junior, 31. Davit Volkov, 51; 53.
Hakimlər: İvo Torres, Rafael Morim, Dani Dias Balsa, Yasmin Sabotiç (hamısı Lüksemburq)
Bakı. “Dalğa Arena”.
Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 4. Ruan Renato, 3. Ange Mutsinzi, 18. Martins Junior, 15. Pyer Zebli, 29. Ceyhun Nuriyev, 8. İsmayıl İbrahimli, 70. İssa Cibrilla, 90. Davit Volkov, 23. Rafael Utziq.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 99. Səlim Həşimov, 5. Stefan Akka, 6. Eldar Quliyev, 7. Məqsəd İsayev, 11. Rüstəm Əhmədzadə, 14. Elçin Əlicanov, 16. Fuad Bayramov, 21. Hacıağa Hacılı, 28. Abbas İbrahim.
Baş məşqçi: Rəşad Sadıqov.
Dunayska Streda: 41. Aleksandar Popoviç, 21. Mark Singer, 33. Taras Kaçaraba, 16. Mateus Brunetti, 18. Aleks Mendes, 10. Ammar Ramadan, 8. Milan Dimun, 27. Milan Vitalis, 17. Yohan Andzuana (k), 46. Matey Trusa, 23. Damir Redziç.
Ehtiyat oyunçular: 1. Samuel Petraş, 30. Attila Nemet, 6. Mahmudu Bayo, 7. Yan Bernat, 9. İvan Dolçek, 13. Levente Bose, 24. Kristian Herç, 25. Filip Kaşa, 68. Mate Tuboli, 91. Romarik Yapi, 99. Ladislav Almasi.
Baş məşqçi: Xisko Munyos.


