Azərbaycanı 2026/2027-ci illər mövsümündə futbol üzrə Avropa Konfrans Liqasında təmsil edəcək “Zirə” bu gün növbəti yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, Türkiyədə təlim-məşq toplanışında olan Rəşad Sadıqovun komandası Türkiyənin “İğdır” kollektivi ilə qarşılaşıb.
Məhsuldar alınmış matç rəqibin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan təmsilçisinin heyətində Yeqor Boqomolski dubla imza atıb. Komandanın digər qolunu isə Elçin Əlicanov vurub.
Qeyd edək ki, “Zirə” daha öncə hazırlıq prosesi çərçivəsində Bakıda “Qarabağ”la qarşılaşmış və rəqibinə 3:4 hesabı ilə məğlub olmuşdu. Qəsəbə təmsilçisi Türkiyə toplanışı çərçivəsində də Özbəkistan klubu “Navbahor”la üz-üzə gəlmiş və 1:3 hesabı ilə uduzmuşdu.
Xatırladaq ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda bu mövsüm Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək. Qəsəbə təmsilçisi ilk təsnifat mərhələsində Gürcüstanın “Torpedo” (Kutaisi) kolletkivi ilə üz-üzə ələcək.


