Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Şerif”ə məğlub olaraq mübarizəni dayandıran “Zirə”nin Konfrans Liqasındakı rəqibi bəlli olub.
Arena.az xəbər verir ki, “qartallar” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Slovakiya təmsilçisi “Dunayska Streda” ilə qarşılaşacaqlar.
Tərəflər arasında ilk matç iyulun 25-də Bakıda baş tutacaq. Cavab qarşılaşması isə bir həftə sonra səfərdə keçiriləcək.
Xatırladaq ki, “Zirə” Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi Moldova “Şerif”inə səfərdə 1:0 hesabıyla qalib gəlmişdi. Amma bu gün doğma meydanda baş tutan oyunda rəqib komanda qalib gəlib. Oyunun əsas və əlavə vaxtını 2:1 üstün bitirən “Şerif” penaltilər seriyasında da 5:4 hesabıyla qalib gəlib.


