Futbol üzrə Azərbaycan Premyer Liqasının 7-ci turunun bu gün keçirilmiş “Zirə” – “Neftçi” matçı bərabərliklə (2:2) başa çatdı.
Arena.az Zirədə baş tutmuş bu matçın yekun protokolunu və videoicmalını təqdim edir.
Azərbaycan Premyer Liqası
7-ci tur
3 oktyabr
“Zirə” – “Neftçi” 2:2
Qollar: Georgi Papunaşvili, 28. Ruan Renato, 90+5-pen – Freddi Varqas, 66. Bassala Sambu, 88.
Sarı vərəqələr: Ayron Qomis, 46; 90+7 (qeyri-idman hərəkəti). Tyaqo Silva, 87 (hakimin qərarına etiraz). Ceyhun Nuriyev, 90+2 (hakimin qərarına etiraz) – Sessi D`Almeyda, 39 (qeyri-idman hərəkəti). Emil Səfərov, 72 (qeyri-idman hərəkəti). Elvin Bədəlov, 90+4 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Ayron Qomis, 90+7.
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Samir Abasov, 90+5 (hakimin qərarına etiraz).
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Vəfadar Quliyev (“Neftçi”), 90+5 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 19:30. Zirə İdman Kompleksinin stadionu, 1200 tamaşaçı.
Baş hakim: Kamal Umudlu.
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Zöhrab Abbasov.
Dördüncü hakim: Elvin Bayramov.
VAR: Rəşad Əhmədov.
AVAR: Kamran Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elman Musayev.
Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli (30. Rikardo Martins, 76), 4. Ruan Renato, 25. Enrike Kustodio, 10. Georgi Papunaşvili (5. Stefan Akka, 90+7), 93. Brahim Konate, 5. Ange Mutsinzi, 11. Junior Martins (70. Namiq Ələsgərov, 76), 17. Ayron Qomis, 77. Yeqor Boqomolski (29. Ceyhun Nuriyev, 57).
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k) (28. Alessio Kurçi, 72), 15. Elvin Bədəlov, 17. Murad Xaçayev (24. Mustafa Sek, 64), 19. Ağadadaş Salyanski (9. Bassala Sambu, 64), 77. Falaye Sako, 6. Sessi Dalmeyda (7. Emil Səfərov, 64), 5. İqor Ribeyro, 11. İmad Faraj (22. Luis Ortis, 78), 10. Freddi Varqas, 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 27. Kristian Kostin.
Baş məşqçi: Samir Abasov.


