12 yaşlı azarkeş Vinisiusa “meymun” dedi

İspaniyanın “Real” klubunun “B” komandasının futbolçusu Vinisius Tobias “Eldense” ilə oyunda irqi təhqirə məruz qalıb.

Arena.az bu barədə “As” dərgisinə istinadən xəbər verir.

Sequndaya yüksəlmək hüququ uğrunda ikinci pley-off final oyununun ikinci hissəsində 12 yaşı olar-olmaz bir uşaq “Real Madrid Kastilya”nın “Şaxtyor”dan icarəyə götürülmüş müdafiəçisi 19 yaşlı Vinisius Tobiası “meymun” adlandırıb.

Vinisius özünü “Instagram” hesabında baş vermiş hadisə haqda yazıb:

“Ən kədərlisi odur ki, uşaqdan belə bir əməl gözləmirsən. Uşaq qışqırır: “Meymun!”

Futbolçuların bu qərəzdən əziyyət çəkdiyini görmək üzücüdür. Bu nə birinci, nə də ikincidir – bu hər zaman baş verir. Və siz bunun nə qədər ağrılı olduğunu təsəvvür belə, etmirsiniz.

Buna son qoymağın vaxtıdır, bu, bütün sərhədləri aşır. Dərinin rəngi artıq önəmli deyil, hamımız bərabərik. Biz hörmət istəyirik – ən azı!”.

Xatırladaq ki, mövsümün sonunda “Real”ın əsas komandasının cinah oyunçusu Vinisius Junior La Liqa çərçivəsində “Valensiya”ya qarşı oyunda “Mestalya”da oyundan əvvəl və oyun zamanı yerli azarkeşlər tərəfindən irqi zəmində təhqirlərə məruz qalmışd. Bu hadisə böyük ictimai əks-səda doğurmuşdu.

Xəbəri sosial şəbəkələrdə paylaş: