Dieqo Simeone: “O komanda çempion olur ki…”

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone klubdakı iş sistemindən və hər hansı yarışın çempionu olmaq yollarından söhbət açıb.

Arena.az “Atletico Universe” dərgisinə istinadən, argentinalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Heç bir komanda çox qol buraxmaqla çempion olmur. Ən az qol vurulmuşlar çempion olurlar. Çox qol buraxmış komandanın çempion olduğu hallar çox azdır. Buna əsaslanaraq, biz uzun illərdir nümayiş etdirdiyimiz iş sistemini qurmuşuq”, deyə “El-Çolo” ləqəbli mütəxəssis vurğulayıb.

Dieqo Simeone “Atletiko”nu 2011-ci ilin dekabr ayından çalışdırır. Argentinalı mütəxəssisin Madrid klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Dieqo Simeone “Atletiko”nnu sükanı arxasında 702 oyun keçirib, 416 qələbə, 153 heç-heçə, 133 məğlubiyyət yaşaşıb. Bu oyunlarda “döşəkçilər”in top fərqi 1197:597 nisbətindədir.

Argentinalı mütəxəssis Madrid klubuna 8 qənimət qazandırıb: 2 İspaniya La Liqası (2013/2014, 2020/2021), İspaniya Kral Kuboku (2012/2013), İspaniya Super Kuboku (2013/2014), 2 Avropa Liqası (2011/2012, 2017/2018), 2 UEFA Super Kuboku (2012/2013, 2018/2019). Həmçinin Dieqo Simeone 2015/2016-cı illər mövsümündə dünyanın ən yaxşı məşqçisi seçilib.

15 turdan sonra 32 xal toplamış Madrid “Atletiko”su İspaniya La Liqasının yarış cədvəlində 3-cü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: