“Barselona” La Liqanın 16-cı turunun “Betis”lə səfər oyununda (2:2) “blauqrana”nın baş məşqçi Hansi Flikin qovulmasını haqsız sayır.
Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.
Belə ki, Kataloniya klubu hakimin müvafiq qərarına etiraz etmək niyyətindədir. Mənbənin məlumatına görə, “Barselona” İspaniya çempionatında mütləq liderin müəyyənləşə biləcəyi ilin qalan oyunlarında komandanın ehtiyat oyunçular skamyasının məşqçisiz qalmasını istəmir.
Xatırladaq ki, niderlandlı yarımmüdafiəçi Frenki de Yonqun hücumçu Vitor Rokeyə qarşı etdiyi kobudluqdan sonra, alman mütəxəssis Flik oyunun hakimi Alexandro Ruislə mübahisə etməyə başlayıb. Hakimin rəyində Flikin “texniki bölgəni tərk etdiyinə, qışqırdığına, əl-qol atdığına, qərarlarımdan birinə etiraz etdiyinə görə” qırmızı vərəqə alaraq meydandan qovulduğu bildirilib.
Bu oyunda vacib xal itkisi nəticəsində “Barselona” La Liqada böyük üstünlüyü əldən verib. 17 oyundan 38 xal toplamış “blauqrana” şərti olaraq yarış cədvəlinin 1-ci pilləsində qərarlaşıb. Amma 16 oyundan 36 xal toplamış “Real” mümkün lider üstünlüyü əldə edib.


