Hansi Flik 2 oyunluq cəza aldı

“Barselona”nın baş məşqçisi Hansi Flik İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi tərəfindən 2 oyunluq cəzalandırılıb.

Arena.az xəbər verir ki, buna mütəxəssisin La Liqanın 16-cı turunda “Betis”lə oyunda (2:2) hakimin qərarına etiraz etməsi səbəb olub.

Alman çalışdırıcı qarşıdakı iki turda komandasının görüşlərini tribunadan izləyəcək. Amma Kataloniya klubu hakimin müvafiq qərarına etiraz etmək niyyətindədir. “Barselona” İspaniya çempionatında mütləq liderin müəyyənləşə biləcəyi ilin qalan oyunlarında komandanın ehtiyat oyunçular skamyasının məşqçisiz qalmasını istəmir.

Qeyd edək ki, “Barselona” qarşıdakı iki turda “Leqanes” və “Atletiko” (Madrid) ilə üz-üzə gələcək.

Xatırladaq ki, niderlandlı yarımmüdafiəçi Frenki de Yonqun hücumçu Vitor Rokeyə qarşı etdiyi kobudluqdan sonra, alman mütəxəssis Hansi Flik oyunun hakimi Alexandro Ruislə mübahisə etməyə başlayıb. Hakimin rəyində Flikin “texniki bölgəni tərk etdiyinə, qışqırdığına, əl-qol atdığına, qərarlarımdan birinə etiraz etdiyinə görə” qırmızı vərəqə alaraq meydandan qovulduğu bildirilib.

Bu oyunda vacib xal itkisi nəticəsində “Barselona” La Liqada böyük üstünlüyü əldən verib. 17 oyundan 38 xal toplamış “blauqrana” şərti olaraq yarış cədvəlinin 1-ci pilləsində qərarlaşıb. Amma 16 oyundan 36 xal toplamış “Real” mümkün lider üstünlüyü əldə edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: