PSJ-nin baş məşqçisi Luis Enrike komandasının cari mövsümdəki çıxışını tənqid edənlərə münasibətini açıqlayıb.
Arena.az “RMC Sport” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Siz statistikaya nəzər salsanız, bu, mənim məşqçi kimi ən yaxşı mövsümümdür. Tənqid – uydurma yalandır. Bu, rəqəmlər baxımından mənim ən yaxşı mövsümümdür. Bu, həm də yaratdığımız fürsətlər baxımından ən yaxşı mövsümümüzdür. Bununla belə, böyük uğurlar qazandığım mövsümlər də olub. Amma mən yalnız müsbət cəhətləri görürəm. Mövsümün əvvəlindən gələn tənqidlərə fikir verməyin. Bir çox jurnalistlər deyirdilər ki, bizim heyət Fransada belə, ən yaxşısı deyil. Tədricən hər şey öz axarına düşür və Çempionlar Liqasındakı çətinlikləri də nəzərə alsaq, bu mövsümdən razıyam”, deyə Luis Enrike vurğulayıb.
14 oyunda 34 xalla PSJ Fransa Liqa 1-in yarış cədvəlinin zirvəsində qərarlaşıb.


