Çempionlar Liqasının pley-offuna çıxmış klubların qazancı bilindi

UEFA Çempionlar Liqasının cari mövsümünün pley-off mərhələsinə vəsiqə qazanmış klubların qazancı haqda müvafiq hesabat açıqlanıb.

Arena.az AS dərgisinə istinadən məlumat verir ki, yarışın Liqa mərhələsini zirvədə tamamlamış “Liverpul” (İngiltərə) ən çox qazanc götürmüş klub olub. “Qırmızılar” 56,2 milyon avro məbləğində gəlir əldə ediblər.

Liqa mərhələsini ikinci pillədə tamamlamış “Barselona” (İspaniya) isə 54,5 milyon avro məbləğində qazanc götürüb.

İlk üçlüyü İngiltərənin digər təmsilçisi “Arsenal” qapayır. London klubu 54,5 milyon avro gəlir əldə edib.

Mötəbər yarışın cari çempionu, Liqa mərhələsini 11-ci yerdə başa vurmuş Madrid “Real”ı isə 37,27 milyon avro məbləğində qazanc əldə edib. Əgər İspaniya nəhəngi bu yarışın 1/8 final mərhələsinə adlaya bilsə, bu mərhələyə keçmiş bütün digər klublar kimi daha 11 milyon avro məbləğində gəlir götürəcək.

Xatırladaq ki, “Real”ı UEFA Çempionlar Liqasının 1/16 finalında “Mançester Siti” ilə iki gərgin oyun gözləyir. İlk qarşılaşma bu gecə baş tutacaq. Yeri gəlmşkən, “Mançester Siti” cari mövsümdəki qazancı (30,4 milyon avro) heç ilk 20-liyə də düşə bilməyib.

  1. Liverpul (İngiltərə) – 56,220,000
  2. Barselona (İspaniya) – 54,545,000
  3. Arsenal (İngiltərə) – 54,270,000
  4. İnter (İtaliya) – 53,995,000
  5. Atletiko (Madrid, İspaniya) – 53,020,000
  6. Bayer (Almaniya) – 51,345,000
  7. Lill (Fransa) – 51,070,000
  8. Aston Villa (İngiltərə) – 50,795,000
  9. Atalanta (İtaliya) – 37,820,000
  10. Borussiya (Dortmund, Almaniya) – 37,545,000
  11. Real (Madrid, İspaniya) – 37,270,000
  12. Bayern (Almaniya) – 36,995,000
  13. Milan (İtaliya) – 36,720,000
  14. PSV (Niderland) – 35,745,000
  15. PSJ (Fransa) – 34,770,000
  16. Benfika (Portuqaliya) – 34,495,000
  17. Monako (Fransa) – 33,220,000
  18. Brest (Fransa) – 32,945,000
  19. Feyenord (Niderland) – 32,670,000
  20. Yuventus (İtaliya) – 31,695,000
  21. Seltik (Şotlandiya) – 31,420,000
  22. Mançester Siti (İngiltərə) – 30,445,000
  23. Sportinq (Lissabon, Portuqaliya) – 30,170,000
  24. Brügge (Belçika) – 29,895,000
Xəbəri sosial şəbəkələrdə paylaş: