Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 15-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
“Cəbrayıl” – “Karvan” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. MOİK-in qonağı olan “Qəbələ” 4 cavabsız qolla qalib gələrək liderliyini daha da möhkəmləndirib. “İmişli” isə “Zaqatala” ilə ev oyununda tək qolla 3 xala sahib çıxıb.
15-ci tura sabah keçiriləcək son iki oyunla yekun vurulacaq.
Birinci Liqa
15-ci tur
19 fevral
“Cəbrayıl” – “Karvan” 1:1
Qollar: Elşad Əliyev, 90+6-pen – Emil Qasımov, 77.
Hakimlər: İslam Məmmədov, Vüqar Bayramov, Orxan İbişov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Bakı. “Bayıl Arena”, 14:00.
MOİK – “Qəbələ” 0:4
Qollar: Elşad Tağıyev, 20. Oçe Oçoveçi, 59; 76. Domi Massumo, 74.
Hakimlər: Səbuhi Bayramov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Alik Yunusov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elman Musayev.
Binə qəsəbə stadionu, 14:00.
“İmişli” – “Zaqatala” 1:0
Qol: Mehdi Tahirov, 35.
Hakimlər: Emin Əliyev, Sənan Atayev, Rəhman Aslanov, Niyaz Əhmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:00.
20 fevral
“Baku Sporting” – “Mingəçevir”
Hakimlər: Şamil İmanzadə, Mirnihat Seyidov, Elman Kərimov, Vüqar Həsənli.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Binə qəsəbə stadionu, 13:30.
“Difai” – “Qaradağ Lökbatan”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Ruslan Quliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.



