Martin Minçev “Rizəspor”u Polşa klubuna dəyişdi

Türkiyənin “Rizəspor” klubunun bolqar sol vingeri Martin Minçev bundan sonra “Krakoviya”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Polşa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Krakoviya” 23 yaşlı futbolçunun transferi üçün “Rizəspor”a 500 min avro ödəyib. Minçev Polşa klubu ilə 2028-ci ilin 30 iyununa kimi müqavilə bağlayıb.

Martin Minçev Bolqarıstanın “Çerno More” klubunun yetirməsidir. “Rizəspor” onu 2023-cü ilin sentyabrında Çexiyanın “Sparta” (Praqa) klubundan transfer etmişdi. O, Super Liqa təmsilçisinin heyətində 41 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Bolqarıstanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Minçev 2019-cu ilin martında əsas millidə debüt edib. O, ölkəsinin yığmasında 22 oyuna çıxıb, heç bir məhsuldarlıq nümayiş etdirməyib.

“Transfermarkt” internet-portalı 23 yaşlı vingerin transfer dəyərini 1,6 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: