Premyer Liqa: Tovuzda autsayder dueli, Zirədə yekun

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 28-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.

“Kəpəz” Tovuzda “Səbail”lə üz-üzə gələcək. Autsayderlərin duelini Rəvan Həmzəzadə idarə edəcək. 23 xalla 9-cu sırada qərarlaşmış Gəncə təmsilçisi bu oyundan qalib ayrılsa, “Səbail”in sonuncu pilləni tərk edə bilməyəcəyi demək olar ki, dəqiqləşəcək. Uzun müddətdir qələbəyə həsrət olan və 18 xalla sonuncu pillədə qərarlaşmış paytaxt təmsilçisi qalib gələcəyi halda isə bu iki komanda arasındakı fərq 2-yə enəcək və elitada qalmaq uğrunda mübarizə daha da qızışacaq.

Turun qapanış matçında “Zirə” “Şamaxı”nı qəbul edəcək. Kamal Umudlunun idarə edəcəyi qarşılaşmada “Zirə” qalib gəlsə, ikinci pillədəki mövqeyini daha da möhkəmləndirəcək. Qəsəbə təmsilçisi hazırda 52 xalla ikinci pillədədir. “Şamaxı” isə 28 xalla 8-cidir. Əyalət təmsilçisi qalib gələcəyi halda 7-ci sıraya yüksələ bilər.

Premyer Liqa
28-ci tur

28 mart

“Turan Tovuz” – “Qarabağ” 1:4
Qollar: Aleks Souza, 30 – Kadi Borges, 16-pen; 84. Nəriman Axundzadə, 32. Aleksey Kaşuk, 90+1.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Əli Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu, 19:30.

29 mart

“Neftçi” – “Araz-Naxçıvan” 1:1
Qollar: Bassala Sambu, 3 – İssuf Paro, 6.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. “Neftçi Arena”, 16:45.

“Sumqayıt” – “Sabah” 3:3
Qollar: Ronaldo Vaskes, 18. Bobur Abduholikov, 46. Momo Yansane, 88 – Umarali Rahmonaliyev, 6; 71. Tellur Mütəllimov, 77.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Elçin Məsiyev.
VAR: Rauf Cabbarov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.

30 mart

“Kəpəz” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 16:00.

“Zirə” – “Şamaxı”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Elşad Abdullayev, Kamranbəy Rəhimov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Zirə İdman Kompleksinin stadionu, 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: