Mikel Arteta: “Arsenal” “Real”ı məğlub etməyə qadirdir”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasının 1/4 finalında Madrid “Real”ı ilə ilk oyundan gözləntisini açıqlayıb.

Arena.az ispan mütəxəssisin oyunöncəsi mətbuat toplantısında səsləndirdiyi müvafiq açıqlamasını təqdim edir:

“Bu oyunda 11 futbolçu və 60 min tamaşaçı əmin olacaqlar ki, biz “Real”ı məğlub edə bilərik. Mənə, məhz belə bir köklənmə gərəkdir. Qalan xüsuslarda bizə, mövsümün son dörddə birində olduğumuz komanda olmaq gərəkdir. Mən futbola belə oyunlar üçün gəlmişəm. Bizim, belə qəbildən oyunumuzun olmasından iyirmi il ötür. Bizim üçün bu, öz tariximizi yaratmaq baxımından gözəl imkandır. Biz bunu üçün buradayıq”, deyə Mikel Arteta əzmkar və iddialı ruhda vurğulayıb.

“Arsenal” – “Real” oyunu bu gün, aprelin 8-də baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: