Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin ilk matçlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Madrid “Real”ı səfərdə İngiltərə təmsilçisi “Arsenal”ın qonağı olub. Bu görüşdə London klubu 3 cavabsız qola sevinməklə yarımfinala yüksəlmək yolunda önəmli bir addım atıb.
Almaniya nəhəngi “Bayern” isə doğma meydanda İtaliya çempionu “İnter”lə üz-üzə gəlib. Milan təmsilçisi səfərdə çətinliklə də olsa, qələbə qazanıb.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin digər iki oyunu sabah baş tutacaq.
UEFA Çempionlar Liqası
1/4 finalın ilk oyunları
8 aprel
“Arsenal” (İngiltərə) – “Real” (İspaniya) 3:0
Qollar: D.Rays, 58; 70. M.Merino, 75.
“Bayern” (Almaniya) – “İnter” (İtaliya) 1:2
Qollar: T.Müller, 85 – L.Martines, 38. D.Frattezi, 88.


