Çempionlar Liqasında 1/4 final həyəcanı davam edir

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Fransa nəhəngi PSJ evdə İngiltərənin “Aston Villa” komandası ilə qarşılaşacaq.

Almaniyanın “Borussiya” (Dortmund) klubu isə səfərdə İspaniya nəhəngi “Barselona”nın qonağı olacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab qarşılaşmaları aprelin 15-də və 16-da baş tutacaq.

UEFA Çempionlar Liqası
1/4 finalın ilk oyunları
9 aprel

23:00. PSJ (Fransa) – “Aston Villa” (İngiltərə)
23:00. “Barselona” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: