Birinci Liqa: “Baku Sportinq” Zaqatalada 6 qola üzüldü

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 21-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Qaradağ Lökbatan” – “Mingəçevir” maçtında qapılara qol vurulmayıb. Üç qolun qeydə alındığı MOİK – “Cəbrayıl” matçında “hərbçilər” qələbə qazanıblar. “Zaqatala” isə “Baku Sportinq”lə ev oyununda darmadağına imza atıb.

21-ci turun qalan görüşləri sabah – aprelin 11-də keçiriləcək.

Birinci Liqa
21-ci tur
10 aprel

MOİK – “Cəbrayıl” 2:1
Qollar: İbrahim Əliyev, 58. Sabir Allahquliyev, 68 – Taleh Qarayev, 54.
Hakimlər: Murad Səlimov, Aydın Baxşıyev, Elmin Süleymanov, Maqsud Şamıyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Binə qəsəbə stadionu, 16:00.

“Zaqatala” – “Baku Sportinq” 6:1
Qollar: Cavad Qurbanlı, 4; Roini İsmayılov, 45+1-pen. Asim Babazadə, 46. Ruslan Süleymanov, 48-öz qapısına. Jan Pol Assumu, 58. Elşən Abdullayev, 83-öz qapısına – İlham Allahverdiyev, 40.
Hakimlər: Emin Əliyev, Orxan İbişov, Zakir Şükürzadə, Nazim Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Qaradağ Lökbatan” – “Mingəçevir” 0:0
Hakimlər: Alik Yunusov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, İslam Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

11 aprel

“Karvan” – “İmişli”
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Rəhman Aslanov, Ruslan Quliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Yevlax şəhər stadionu, 16:30.

“Qəbələ” – “Difai”
Hakimlər: Rövşən Rəcəbov, Nurlan Əhmədzadə, Sadiq Əliyev, Niyaz Əhmədov.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu, 17:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: