CONMEBOL rəhbəri 64 komandalı DÇ arzulayır

CONMEBOL-un prezidenti Alexandro Dominges futbol üzrə dünya çempionatının 64 komandanın iştirakı ilə keçirilməsi fikrini dəstəkləyib.

Arena.az ESPN şəbəkəsinə istinadən, cənubiamerikan futbol konfederasiyasının rəhbərinin müvafiq açıqlamasını təqdim edir:

“Biz əminik ki, yarışın yüzilliyinin qeyd edilməsi müstəsna hadisə olacaq, çünki 100 il yalnız bircə dəfə qeyd edilir. Odur ki, mən yarış iştirakçılarının 64-ə çatdırılması fikrini dəstəkləyirəm”, deyə Dominges vurğulayıb.

Xatırladaq ki, hazırkı tərtibat üzrə dünya çempionatı 32 komandanın iştirakını nəzərdə tutur. Daha əvvəl məlumat yayılıb ki, dünya çempionatı iştirakçılarının sayının 64 komandaya çatdırılması fikrini Uruqvaydan olan nümayəndə irəli sürüb. Əvvəlcədən isə yarışda (DÇ-2030) 48 komandanın iştirakı nəzərdə tutulmuşdu.

Qarşıdakı 2026-cı ilin dünya çempionatı Şimali Amerikanın üç ölkəsində – Kanada, ABŞ və Meksikada keçiriləcək. Yarışda 48 komanda iştirak edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: