Ukrayna ÇL-in Liqa mərhələsinə birbaşa vəsiqə imkanını itirdi

Ukrayna UEFA Çempionlar Liqasının növbəti mövsümünün Liqa mərhələsinə birbaşa vəsiqə əldə etmək imkanından məhrum olub.

Arena.az məlumat verir ki, aprelin 13-də Pirey “Olimpiakos”u AEK üzərində 1:0 hesablı qələbə sayəsində erkən surətdə 2024/2025-ci illər mövsümünün Yunanıstan çempionu olub.

Bundan sonra Ukraynanın bütün komandaları UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümünün Liqa mərhələsində birbaşa iştirak etmək imkanından məhrum olublar.

Aprelin 13-nə qədər Donetsk “Şaxtyor”u Çempionlar Liqasının Liqa mərhələsinə birbaşa vəsiqə əldə etmək imkanını saxlayan yeganə Ukrayna klubu idi. Belə ki, “Olimpiakos” “Şaxtyor”la müqayisədə daha yüksək UEFA reytinqinə malikdir. Yunanıstan çempionu isə UEFA Çempionlar Liqasının Liqa mərhələsinə birbaşa vəsiqə əldə etmir. “Olimpiakos” çempion olmaqla müvafiq imkanı özünə təmin edib.

Yeni mövsümdən Ukrayna çempionu UEFA Çempionlar Liqasında mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulacaq. Avropa Liqasında bu ölkəni təmsil edəcək klub birinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Konfrans Liqasında isə Ukraynanı təmsil edəcək iki klub yarışa ikinci təsnifat mərhələsindən başlayacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: