UEFA Çempionlar Liqasında ilk yarımfinalçılar bəlli olur

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin cavab qarşılaşmalarına start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Almaniyanın “Borussiya” (Dortmund) komandası doğma meydanda İspaniya nəhəngi “Barselona”nı qəbul edəcək. Bu komandalar arasında Kataloniyada keçirilmiş ilk oyunda ispanlar böyük hesabla qalib gəliblər.

Fransa nəhəngi PSJ isə İngiltərədə “Aston Villa”nın qonağı olacaq. Bu komandaların ilk oyununda da Paris təmsilçisi inamlı qələbəyə sevinib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1/4 finalın digər iki cavab görüşü sabah keçiriləcək.

UEFA Çempionlar Liqası
1/4 finalın cavab oyunları
15 aprel

23:00. “Borussiya” (Dortmund, Almaniya) – “Barselona” (İspaniya)
İlk oyun – 0:4.

23:00. “Aston Villa” (İngiltərə) – PSJ (Fransa)
İlk oyun – 1:3.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: