Dortmund “Borussiya”sının baş məşqçisi Niko Kovaç Çempionlar Liqasının 1/4 finalının “Barselona” ilə cavab oyununu şərh edib.
Arena.az məlumat verir ki, Barselonadakı ilk oyunda 0:4 hesabı ilə məğlub olmuş “Borussiya”, Dortmunda 3:1 hesablı qələbə qazanıb.
Amma bu, Almaniya klubuna mərhələ adlamaq üçün bəs etməyib. Niko Kovaç qarşılaşmadan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Biz bu gün gözəl futbola şahidlik etdik, xüsusən də mənim komandamın ifasında. Oyun çox iti idi, böyük təpki miqdarı vardı. Mən, əlbəttə, mübarizədən kənarlaşdırıldığımıza pərişanam, amma bu gün biz “Barselona”ya 2025-ci ildə ilk məğlubiyyətini yaşatdıq, bu isə çox xüsusu deyir. Bizim, özümüzlə qürur duymağa haqqımız var”, deyə xorvat mütəxəssis vurğulayıb.
Ümumi hesabda (5:3) üstünlük saxlamış “Barselona” Çempionlar Liqasının yarımfinalına adalayıb. “Borussiya” isə ümidlərini növbəti mövsümə bağlamağa məcburdur.


