Kompani: “Hamı səbirsizliklə “İnter”lə oyunun intizarındadır”

“Bayern”in baş məşqçisi Vensan Kompani Çempionlar Liqasının 1/4 finalının “İnter”lə Milanda baş tutacaq cavab oyunu haqda fikrini bildirib.

Arena.az xatırladır ki, Münhendə keçirilmiş ilk oyunda “İnter” 2:1 hesablı qələbə qazanıb.

Kompani səfər oyunundan öncəki mətbuat konfransında bunları söyləyib:

“Hamı səbirsizliklə bu oyunun intizarındadır. Hazırda İtaliyanın ən yaxşı komandası Avropanın ən yaxşı komandası ilə üz-üzədir. Həmçinin stadionlar da ən yaxşılarındandır. Keyfiyyət və istedad da ən yüksək səviyyədədir. Əsası odur ki, biz özümüzün ən yaxşı oyununu göstərə bilək.

Nəhayətində, bizə sadəcə olaraq bircə oyunda qələbə qazanmaq gərəkdir. Biz həmişə qələbəyə oynayırıq. Ümidvaram ki, azarkeşlərimizə xüsusi bir axşam bəxş edə biləcəyik. Bu, böyük təcrübəyə, həmçinin beynəlxalq səviyyədə, malik iki komandadır. Hər bir oyunçu ortaya nəyin qoyulduğundan xəbərdardır”, deyə belçikalı mütəxəssis vurğulayıb.

“İnter” – “Bayern” oyunu bu gün, aprelin 16-da keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: