Artıq məlum olduğu kimi, Fransa nəhəngi PSJ UEFA Çempionlar Liqasının cari mövsümünün yarımfinal mərhələsinə adlamağı bacarıb.
Arena.az məlumat verir ki, Parsidəki ilk oyunda 3:1 hesablı qələbə qazanmış bu komanda Birmingemdə 2:3 hesablı məğlubiyyətə rəğmən, ümumi hesabda (5:4) üstünlük saxlayaraq, yarımfinala çıxıb.
Bu, PSJ-nin Çempionlar Liqasında 9-cu yarımfinalıdır. Beləliklə Paris klubu daha əvvəl Marsel “Olimpik”i ilə şərik olduğu, UEFA Çempionlar Liqasının səkkizqat yarımfinalçısı ünvanını öz xeyrinə dəyişib.
Fransa nəhəngi Çempionlar Liqasının yarımfinalında “Real” – “Arsenal” cütünün qalibi ilə qarşılaşacaq. Londonda keçirilmiş ilk oyunda 3:0 hesablı qələbə qazanmış “topçular” bu gün Madriddə cavab oyununa çıxacaqlar.


