Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 26-cı turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda çempionluğu daha öncə təmin etmiş “Qəbələ” öz meydanında “Zaqatala”nı qəbul edib. Əyalət təmsilçisi cari mövsümün sonuncu ev oyununda darmadağına sevinib.
Turun qalan qarşılaşmaları mayın 16-da keçiriləcək.
Birinci Liqa
26-cı tur
15 may
“Qəbələ” – “Zaqatala” 4:0
Qollar: Domi Massumo, 29; 54. Abdullahi Şuaybu, 39. Elşad Tağıyev, 81.
Hakimlər: Emin Əliyev, Orxan İbişov, Rizvan Süleymanov, Nəriman Ağayev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Qəbələ şəhər stadionu. 16:00.
16 may
“Difai” – “Cəbrayıl”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, İslam Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu. 17:00.
“İmişli” – “Baku Sporting”
Hakimlər: Rövşən Rəcəbov, Aydın Baxşıyev, Zakir Şükürzadə, Sənan Bayramzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Heydər Əliyev adına İmişli şəhər stadionu. 17:00.
MOİK – “Mingəçevir”
Hakimlər: Alik Yunusov, Vüqar Bayramov, Anar Bədəlov, Şamil İmanzadə.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Binə qəsəbə stadionu. 17:00.
“Karvan” – “Qaradağ Lökbatan”
Hakimlər: Mahmud Bağırzadə, Nurlan Əhmədzadə, Rasim Axundov, Ruslan Quliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Yevlax şəhər stadionu. 17:00.



