Məşhur italyan mütəxəssis Fabio Kapello İtaliya Kubokunun finalında “Bolonya”nın “Milan” üzərində 1:0 hesablı qələbəsini şərh edib.
Arena.az italyan mütəxəssisin müvafiq şərhini təqdim edir:
“Bolonya” kuboku qazanmağa layiqdir. Baxmayaraq ki, Romadakı oyun İtaliya futbolu üçün heç də yaxşı reklam olmadı. Oyun mənə xoş gəlmədi”.
Yeri gəlmişkən, 78 yaşlı italiyalı mütəxəsis həmkarı Karlo Ançelottiyə də dəstək nümayiş etdirib. Məlum olduğu kimi, İspaniya nəhəngi “Real” cari mövsümdə iştirak etdiyi bütün yarışlarda uğursuzluğa uğrayıb. “Qaymaqlılar” bu mövsüm ancaq ötən ilin avqust ayında qazandıqları UEFA Super Kuboku və həmin ilin dekabr ayında qazandıqları FIFA Qitələrarası Kubokla təsəlli tapıbalar. Kapello bu mənzərədə “Real”ın 65 yaşlı italyan çalışdırıcısı Ançelottinin tənqidlərlə üzləşməsinə münasibətini açıqlayıb:
“Mən əvvəlki kimi hesab edirəm ki, Ançelotti ilə bağlı vəziyyət ədalətsizdir. Amma “Real”da qələbə qazanmaq gərəkdir. O, bütün qənimətləri qazanıb, amma siz dəyişiklikləri də qəbul etməlisiniz”.
Xatırladaq ki, Fabio Kapello 1996-1997 və 2006-2007-ci illərdə “Real”ı çalışdırıb.


