Arteta: “Arsenal” ona görə qənimətsiz qaldı ki…”

“Arsenal”ın baş məşqçisi, 43 yaşlı ispan mütəxəssis Mikel Arteta “topçular”ın cari mövsümdə qənimətsiz qalmasını əsaslandırıb.

Arena.az “Sky Sports” dərgisinə istinadən, Artetanın müvafiq qənaətini təqdim edir:

“Qırmızı vərəqələr və zədələr, əlbəttə. Amma bunlarsız, biz nəyin baş verəcəyini bilməzdik. Biz uğura çoxmu yaxın idik? Mənim üçün cavab birmənalıdır: bəli. Bizim müvəffəq olduqlarımıza və nümayiş etdirdiyimiz çıxışlarımıza görə. Bizə, növbəti mövsümdə daha nəsə etmək gərəkdir, çünki tələb çox yüksək olacaq.

Həmçinin son üç mövsümdə baş vermişlərə baxın, o ardıcılıqla ki, biz nəticələrə qazanıb qənimət qazana bilməmişik, bu, çox nadir hallarda baş verir. Odur ki, biz uğura çox yaxınıq, ehtimal olaraq o qədər yaxınıq ki, daha da yaxşı olmaq üçün davam etməliyik”, deyə Arteta vurğulayıb.

Xatırladaq ki, cari mövsümün gedişində “Arsenal”ın oyunçuları Premyer Liqanın digər komandalarının oyunçularından daha çox zədələr alıblar. Eləcə də “topçular”ın oyunçuları meydandan 6 dəfə qovulublar ki, bu da Premyer Liqanın mütləq rekordudur.

37 oyundan 71 xalla “Arsenal” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb və gümüş medalı təmin edib.

Premyer Liqanın cari mövsümünün çempionıuğunu isə “Liverpul” erkən surətdə təmin edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: