Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün sonuncu – 27-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk gündə iki qarşılaşma baş tutub.
Səfərdə “Qaradağ Lökbatan”la qarşılaşmış “Qəbələ” mövsümü darmadağınla başa vurub. Birinci Liqanın qalibi olaraq Premyer Liqaya yüksəlmiş Qəbələnin eyniadlı təmsilçisi son oyunda 3 cavabsız qola sevinib.
Üç qolun qeydə alındığı “Mingəçevir” – “Karvan” oyununda isə meydan sahibləri qələbə qazanıblar.
Mövsümün sonuncu turunun qalan oyunları mayın 23-də baş tutacaq.
Birinci Liqa
27-ci tur
22 may
“Qaradağ Lökbatan” – “Qəbələ” 0:3
Qollar: Abdullahi Şuaybu, 63. Salman Ələsgərov, 84. Domi Massumo, 87-pen.
Hakimlər: Kamran Əliyev, Elman Kərimov, Vüqar Bayramov, Niyaz Əhmədov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 17:00.
“Mingəçevir” – “Karvan” 2:1
Qollar: Abba Usman, 15-pen. Nahid Əliyev, 64 – Ezekiel Morqan, 68.
Hakimlər: Şamil İmanzadə, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Nazim Abdullayev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 17:00.
23 may
“Cəbrayıl” – “Zaqatala”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Bayıl Arena”, 15:00.
“Baku Sportinq” – MOİK
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Elmin Süleymanov, Alik Yunusov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu, 15:00.
“Difai” – “İmişli”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Sənan Bayramzadə.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.


