London “Arsenal”ının baş məşqçisi Mikel Arteta “topçular”ın qarşıdakı yay ayları üçün fəaliyyət planı haqda söhbət açıb.
Arena.az BBC-yə istinadən, 43 yaşlı ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Coş Kronke (“Arsenal”ın həmsədrlərindən biri – redaktorun qeydi) bizim istiqamətimizi və iddialarımızı aydın müəyyənləşdirib. Biz bütün addımlarımızı mütləq surətdə düşünülmüş atacağıq, bizi cari nöqtəyə gətimiş o yolumuza hörmətlə. Köklü dəyişikliklər gərək deyil. Biz üç dəfə mövsümü ikinci yerdə bitirmişik və UEFA Çempionlar Liqasının yarımfinalına çıxmışıq. Ancaq xüsusları təshih etməyimiz qalıb”, deyə Arteta vurğulayıb.
Xatırladaq ki, “Arsenal” İngiltərə Premyer Liqasının 2024/2025-ci illər mövsümünü 74 xalla yarış cədvəlinin 2-ci pilləsində başa vurub. “Topçular” çempion “Liverpul”dan (84 xal) 10 xal geridə qalıblar.
Çempionlar Liqasının yarımfinalında isə “Arsenal”ı Fransa nəhəngi PSJ mübarizədən kənarlaşdırıb (evdə 0:1; səfərdə 1:2).


