Məlum oluğu kimi bu gün, mayın 31-də PSJ və “İnter” Çempionlar Liqasının cari mövsümünün final oyununda qarşılaşacaqlar.
Arena.az məlumat verir ki, Paris şəhər hakimiyyəti Fransa nəhəngi PSJ-ni dəstəkləmək üçün tədbir görüb.
Bu məqsədlə, məşhuri-cahan Eyfel qülləsi üzərində “İrəli, Paris!” yazılmış nəhəng lövhə quraşdırılıb. Həmçinin məlum olub ki, əgər oyun zamanı PSJ “İnter”in qapısına qol vura bilsə, Eyfel qülləsi hər qolun şərəfinə işıqlandırılaraq çıraqban ediləcək.
Beləliklə, İtaliya nəhəngi qapısını “quru” saxalaya bilsə, Parisi “zülmətə” qərq edə bilər. “Neradzurri” qələbə qazansa, bunu bədii mənada Eyfel qülləsini yıxmağa bərabər saymaq olar.
Xatırladaq ki, final oyunu Münhenin “Arena Münhen” stadionunda keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.


