Türkiyəli futbol mütəxəssisi Selçuk İnan 2025/2026-cı illər mövsümündə Super Liqada çıxış edəcək “Kocaelispor”a baş məşqçi təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə Kocaeli klubunun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Xatırladaq ki, Selçik İnanın daha öncə “Qalatasaray”da köməkçi məşqçi kimi çalışıb, həmçinin “Kasımpaşa” və “Qaziantep”ə rəhbərlik edib. 40 yaşlı mütəxəssis bu il mayın 10-da “Qaziantep”dən ayrılandan bəri işsiz idi.
Selçik “Kocaelispor”da bu ayın 12-də istefaya göndərilmiş İsmet Taşdemiri əvəz edib. Hansı ki, Kocaeli klubu məhz bu mütəxəssisin rəhbərliyi altında TFF Birinci Liqanın qalibi olaraq Super Liqaya qayıdıb.


