Luis Enrike ÇL zəfərini mərhum qızına həsr etdi

Məlum olduğu kimi, Fransa nəhəngi PSJ Çempionlar Liqasının (ÇL) 2024/2025-ci illər mövsümünün qalibi adını qazanıb.

Arena.az xatırladır ki, 55 yaşlı ispan mütəxəssis Luis Enrikenin çalışdırdığı PSJ final oyununda İtaliya nəhəngi “İnter” üzərində 5:0 hesablı qələbəyə sevinib.

Luis Enrike bu möhtşəm qalibiyyəti 2019-cu ildə xərçəng xəstəliyindən vəfat etmiş 9 yaşlı qızı Ksanaya həsr edib.

Hakimin oyunun final fitini səsləndirməsi ilə Paris klubunun bayramı başlayanda, Luis Enrike təğyiri-libas olaraq mərhum övlaının adı yazılmış futbol köynəyini geyib.

“Ksana cismi ilə burada deyil, amma o, mənimlə həmişə rabitədədir və bizimlə keçirdiyi vaxtdan zövq alır”, – nüfuzlu italyan jurnalsit-insayder Fabritsio Romano övlad dağı görmüş atanın duyğusalcasına səsləndirdiyi sözləri sitat gətirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: