“Barselona”nın 17 yaşlı ispaniyalı hücunçusu Lamin Yamal başa çatmış Çempionlar Liqasında mövqeyinə görə ən yaxşı oyunçuları açıqlayıb.
Arena.az COPE dərgisinə istinadən, yeniyetmə ulduzun müvafiq qənaətini təqdim edir:
– Ən yaxşı qapıçı?
– Canluici Donnarumma.
– Ən yaxşı müdafiəçi?
– Vilyam Paço.
– Ən yaşxı yarımmüdafiəçi?
– Pedri və Vitinya.
– Ən yaxşı hücumçu?
– Rafinya.
– Ən yaxşı məşqçi?
– Luis Enrike.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının final oyununda İtaliya nəhəngi “İnter”i 5:0 hesabı ilə məğlub etmiş Fransa nəhəngi PSJ, mötəbər qəniməti tarixində ilk dəfə muzeyinə aparıb.
Əlav edək ki, Lamin Yamalın “Barselona”sı yarışda iştirakına yarımfinal mərhələsində xitam verib. “Blauqrana” “İnter” səddini keçə bilməyib (evdə 3:3; səfərdə 3:4, əsas vaxt 3:3).


