“Barselona” azarkeşinin başına pivə qabı çırpdılar – Video

“Barselona”nın bir azarkeşi “blauqrana”nın köynəyində stadionda “Real” azarkeşlərinin oturduğu sektora gəlməyinə peşman olub.

Arena.az məlumat verir ki, bu “qoçağı” əvvəlcə fitə basıb yağlı söyüşlərlə bəzəyiblər, sonra başına alüminium pivə qabı çırpıb “Barselona” köynəyinin üstündən “Real”ın köynəyini geyinməyə məcbur ediblər.

Ardınca isə karıxmış “qəhrəman” “Real” azarkeşləri tərəfindən alqışlanıb.

Hadisə ABŞ-da keçirilən 2025-ci il FIFA Klub Dünya Kubokunun 2-ci turu çərçivəsində keçirilmiş “Real” – “Paçuka” oyununda (3:1) yaşanıb.

Sözügedən “qəhraman”ın sərgüzəştini izləməyi diqqətinizə təqdim edirik:

Xəbəri sosial şəbəkələrdə paylaş: