PSJ-nin fizioterapevti vəfat etdi

20 il müddətində PSJ-də çalışmış, Paris klubunun həkimi, fizioterapevt Sedrik Dypyui 48 yaşında qəfildən vəfat edib.

Arena.az bu barədə PSJ-nin mətbuat xidmətinə istinadən məlumat verir:

“Dərin kədər hissi ilə bildiririk ki, biz klubun fizioterapevti Sedrik Dypyuinin ölümü haqda məlumat almışıq. Həmişə təbəssüm saçan, diqqətli və dərin insani təbiətə malik Sedrik hamının qiymətləndirdiyi, qızıl əlləri olan peşəkar idi. “Pari Sen-Jermen” ailəsi bu çətin məqamda onun yaxınlarına səmimi başsağlığını ifadə edir”, – Fransa nəhənginin başsağlığında deyilir.

Sedrik Dypyui PSJ-nin gənclərdən ibarət komandalarında çalışırdı. Fransız mütəxəssisin ölüm səbəbi klub tərəfinidən rəsmən açıqlanmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: