Fransa Peşəkar Futbolçular Milli Birliyi (UNFP) FIFA-nı və təşkilatın prezidenti Canni İnfantinonu sərt tənqid edib.
Arena.az məlumat verir ki, UNFP FIFA-nı, 2025-ci il Klub Dünya Kubokunun təşkilinə görə tənqid edib və mövqeyini özünün rəsmi saytı üzərindən açıqlayıb:
“Özünün fil sümüyündən olan qülləsinin ucalığından FIFA, beynəlxalq təqvimin aparıcı futbolçulara müəyyən etdiyi taleyi haqda narahat olmur, bu mənzərədə isə “onun” klublararası dünya çempionatı bu qanlı qırğına təcili surətdə son vermək gərək olduğunu sübut edir. O əlavə dollarlar müqabilində oyunçuların fiziki və psixoloji sağlamlığına etinasızlıqla yanaşır, eyni zamanda mövsüm ərəfəsində futbolçular üçün demək olar ki, hər yerdə öncədən nəzərdə tutulmuş üçhəftəlik istirahət müddəti ilə bağlı razılığı məsxərəyə qoyaraq, rədd edir.
Bu, hegemonluq siyasətindən imtina etməyə və qərarların qəbul edilməsi prosesində iştiakçıların – oyunçuların, məşqçilərin həkimlərin və həmçinin indi sadəcə olaraq fakt qarşında qoyulmuş klubların daxil edilməsinə səsləyən Avropa məhkəməsinin tamamilə aşkar tələbinə rəğmən baş verir.
FIFA-nı narahat etmir ki, PSJ ötən Bazar günü mövsümdə 62-ci oyununu keçirdi, özü də bir halda ki, Fransa Liqa 1-in 4 klubu 2025/2026-cı illər mövsümünə hazırlıq məqsədli məşqlərini artıq bərpa ediblər. Öz mövqeyini qorumaq cəhdindən sonra Fransa çempionu özünün çempionatdakı daxili təqvimində düzəlişlər etməyə daha, kiçik ümid belə bağlamır.
Gəlin təsəvvür edək ki, PSJ klublararası dünya çempionatının finalının keçiriləcəyi Nyu-Yorkda mövsümdə özünün 65-ci oyunu keçirəcək. Onda Luis Enrikenin, öz komandasını çempionatın başlamasına hazırlamaq üçün cəmi ikicə həftə vaxtı olacaq. Cənab İnfantino, siz buna nə deyirsiniz?”, – Fransa Peşəkar Futbolçular Milli Birliyi FIFA prezidentinə suallar fikrini tamamlayıb.
Xatırladaq ki, hazırda ABŞ-da keçirilən 2025-ci il FIFA Klub Dünya Kuboku iyun ayının 14-də başlayıb. Yarışa iyul ayının 13-də yükun vurulacaq. Yarış ilk dəfə olaraq 32 komandanın iştirakı ilə keçirilir. Hazırda klublararası dünya çempionatı ələmə mərhələsinə – 1/8 final oyunlarına qədəm qoyub.
Əlavə edək ki, yarışın keçirilməsinə tərəfdar olan kəslər azdır, futbol dünyasının böyük əksəriyyəti FIFA-nı müvafiq qərarının sərsəm fikirdən qaynaqlandığı və nəhəng pullar qazanılmasına xidmət edən kommersiya layihəsinin bir hissəsi olduğu qənaətindədir.


