Azərbaycan kubokunda final matçının stadionu müəyyənləşdi

Futbol üzrə Azərbaycan kubokunda 2020/21 mövsümünün final matçının keçiriləcəyi stadion müəyyənləşib.

Arena.az xəbər verir ki, “Sumqayıt” və “Keşlə” komandaları arasında baş tutacaq final matçı “Bank Respublika Arena”da oynanılacaq.

Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. Mayın 24-də keçiriləcək qarşılaşmanın başlanma saatı ilə bağlı əlavə məlumat veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: