“Turan Tovuz” “Vidad”a da uduzdu

Yeni mövsümə hazırlığı Türkiyədə davam etdirən “Turan Tovuz” bu gün yay toplanışı çərçivəsində sonuncu yoxlama matçını keçirəcək.

Arena.az xəbər verir ki, Kurban Berdıyevin komandasının rəqibi Mərakeşin “Vidad” kollektivi olub.

Qarşılaşma Tovuz klubunun məğlubiyyəti ilə başa çatıb – 0:1.

Xatırladaq ki, Tovuz təmsilçisi daha əvvəl Türkiyənin “Keçiörengücü” (0:0) və “Çorum” (1:1) klubları ilə heç-heçə etmiş, Albaniya təmsilçisi “Flamurtari”yə 0:1 hesabıyla uduzmuşdu.

Türkiyə toplanışını başa vuran “Turan Tovuz” sabah vətənə dönəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: