Avropa Liqasında həftənin ən yaxşısı adına 4 namizəd

Futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.

Arena.az xəbər verir ki, UEFA ənənəvi olaraq yenə dörd namizəd müəyyənləşdirib.

Bunlar Pablo Mari (“Arsenal”, İngiltərə), Edinson Kavani (“Mançester Yunayted”, İngiltərə), Brian Kristante (“Roma”, İtaliya) və Raul Albioldur (“Vilyarreal”, İspaniya).

Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: