AFFA “Zaqatala”nı 300, “Baku Sportinq”i 600 manat cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib və Birinci Liqanın 3-cü turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

3-cü turun “Baku Sportinq” – “Şimal” oyununda topdaşıyanların say limiti pozulduğuna görə “Baku Sportinq” komandası 600 manat cərimə edilib.

MOİK – “Zaqatala” oyununda “Zaqatala” komandasının nümayəndələrində “A buraxılışı” vəsiqəsi olmadığına görə “Zaqatala” komandası 300 manat cərimə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: