Futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 5-ci turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Növbəti turun görüşləri üç günü əhatə edəcək. Tura oktyabrın 15-də start veriləcək. Digər oyunlar isə ayın 16-da və 17-də keçiriləcək.
Birinci Liqa
5-ci tur
15 oktyabr
“Səbail” – “Zaqatala”
“Bayıl Arena”, 16:00.
16 oktyabr
MOİK – “Cəbrayıl”
Binə qəsəbə stadionu, 14:30.
“Mingəçevir” – “Şimal”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 14:30.
“Difai” – “Şahdağ Qusar”
Ağsu şəhər stadionu, 14:30.
17 oktyabr
“Baku Sportinq” – “Şəfa”
Buzovna qəsəbə stadionu, 14:30.


