Birinci Liqa: 7-ci turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 7-ci turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

7-ci turun oyunları da iki günü əhatə edəcək. Noyabrın 5-də üç oyun baş tutacaq. Turun qalan görüşləri isə bir gün sonra – ayın 6-da keçiriləcək.

Birinci Liqa
7-ci tur

5 noyabr

“Baku Sportinq” – “Cəbrayıl”
Buzovna qəsəbə stadionu, 14:00.

“Mingəçevir” – “Şəfa”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Səbail” – MOİK
“Bayıl Arena”, 15:00.

6 noyabr

“Şahdağ Qusar” – “Şimal”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Difai” – “Zaqatala”
Ağsu şəhər stadionu, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: