Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 5-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı “Difai” – “Şahdağ Qusar” oyununda qonaqlar qələbə qazanıblar. MOİK “Cəbrayıl”ı, “Mingəçevir” isə “Şimal”ı xalsız yola salıb.
5-ci tura oktyabrın 17-də keçiriləcək “Baku Sportinq” – “Şəfa” oyunu ilə yekun vurulacaq.
Birinci Liqa
5-ci tur
15 oktyabr
“Səbail” – “Zaqatala” 1:0
Qol: Kamran Quliyev, 84.
Hakimlər: Səbuhi Bayramov, Aydın Bəxşiyev, Sənan Atayev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Bayıl Arena”, 16:00.
16 oktyabr
MOİK – “Cəbrayıl” 4:1
Qollar: Seyxan Fərəcov, 8; 48-pen; 60. Elmar Məmmədov, 52 – Tapdıq Əhmədov, 77.
Hakimlər: Mahmud Bağırzadə, Rəhman Aslanov, Elman Kərimov, Murad Səlimov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Binə qəsəbə stadionu, 14:30.
“Mingəçevir” – “Şimal” 3:1
Qollar: Abba Usman, 42; 57. Rəhim Cəfərli, 55 – Xəyal Bədirov, 17.
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Taleh Məmmədov, İslam Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 14:30.
“Difai” – “Şahdağ Qusar” 1:2
Qollar: Hacıəli Şirəliyev, 33 – Sənan Ağalarov, 38. Famil Camalov, 41-pen.
Hakimlər: Ruslan Quliyev, Elmin Süleymanov, Safalı Ağayev, Namiq Bəkirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Ağsu şəhər stadionu, 14:30.
17 oktyabr
“Baku Sportinq” – “Şəfa”
Hakimlər: Emin Əliyev, Qəzənfər Məmmədov, Rasim Axundov, Şamil İmanzadə.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Buzovna qəsəbə stadionu, 14:30.


